...

ABŞ şatdaun səbəbindən hava nəqliyyatına məhdudiyyətlər tətbiq edəcək

Dünya xəbərləri Materials 6 Noyabr 2025 03:30 (UTC +04:00)
ABŞ şatdaun səbəbindən hava nəqliyyatına məhdudiyyətlər tətbiq edəcək

Bakı. Trend:

ABŞ administrasiyası 7 noyabrdan etibarən ölkənin bəzi böyük hava limanlarında hava nəqliyyatına məhdudiyyətlər tətbiq etməyi və federal hökumətin qismən bağlanması (şatdaun) səbəbindən kosmik uçuşları günün müəyyən vaxtları ilə məhdudlaşdırmağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ nəqliyyat naziri Şon Daffi mətbuat konfransl zamanı deyib.

O qeyd edib ki, şatdaun ölkənin hava limanlarında hava dispetçerləri və digər texniki mütəxəssislər çatışmazlığına səbəb olub. Ş.Daffi ABŞ hakimiyyətinin buna cavab olaraq təhlükəsizlik tədbirləri görəcəyini bildirib.

"Onlardan biri də 40 məntəqəmizdə daşımaların həcmini 10 faiz azaltmağımız olacaq", - deyə o bildirib. O izah edib ki, bu, xüsusilə Amerikanın əsas hava limanlarına aiddir. Onların siyahısı tezliklə dərc olunacaq.

Nazir ABŞ-da kosmik buraxılışların yalnız "günün müəyyən vaxtlarında" icazə veriləcəyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti