Bakı. Trend:
Yaponiya və ABŞ Minamitorişima adası sahillərindəki okean dibindən nadir torpaq metallarının çıxarılmasında əməkdaşlıq etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Yaponiya Baş naziri Sanae Takaiçi deyib.
"Nadir torpaq metallarının hasilatı üçün müxtəlif metodların yaradılması həm Yaponiya, həm də ABŞ üçün vacibdir. Minamitorişima adası sahillərində nadir torpaq metal yataqlarının işlənməsi sahəsində Yaponiya-Amerika əməkdaşlığı üçün konkret yolları araşdırmağa davam edəcəyik", - deyə o, parlamentdə çıxışı zamanı deyib.
Minamitorişima adası rəsmi olaraq Tokio prefekturasının bir hissəsidir, lakin Yaponiyanın materik hissəsindən təxminən 1900 km məsafədə yerləşir.
Takaiçinin sözlərinə görə, elmi araşdırmalar adanın yaxınlığındakı okean dibində müxtəlif mineralların, o cümlədən nadir torpaq metallarının olduğunu göstərib.
