Bakı. Trend:
Bu yaxınlarda XVIII əsrdə yaşamış türkman əsilli müəllif Əbdürrəzaq Növrəsin 1731-ci ildə İrəvan şəhərindəki vəziyyəti təsvir edən "Tarixçeyi-Növrəs" əsəri ilk dəfə Bakıda nəşr edilib. Əsərdə İrəvan əhalisinin Azərbaycan türkləri olması bir daha təsdiq edilir.
Trend xəbər verir ki. bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli deyib.
O qeyd edib ki, toponimlər sırf Azərbaycan dilindədir.
“Bu tarixi əsərdə heç bir erməni toponiminə rast gəlinmir. Bu gün Azərbaycan QHT-ləri də dövlət başçısının çağırışlarına uyğun olaraq, Qərbi Azərbaycan mövzusunda yeni elmi əsərlərin üzə çıxarılmasında, maaarifləndirmə işlərində daha fəal olmalıdır”, - Z. İbrahimli əlavə edib.
