Bakı. Trend:
Türkiyənin aparıcı aviaşirkəti olan “Turkish Airlines”, “Boeing” korporasiyasından almağı planlaşdırdığı B787 tipli təyyarələr üçün 75 ədəd mühərriklərin alınması barədə “GE Aerospace” şirkəti ilə razılıq əldə edib.
Trend xəbər verir ki, bu barədə “Turkish Airlines” məlumat yayıb.
Məlumata görə, “Turkish Airlines” sentyabr ayında 2029–2034-cü illər arasında 225 yeni təyyarə almaq planını elan edib. Onların arasında 75 ədəd B787-9 və B787-10 modeli də yer alır. Bu sifarişlərin 50-si təsdiqlənmiş, 25-i isə opsion formasındadır.
“Müsabiqə nəticəsində “GE Aerospace” ilə B787-9 və B787-10 təyyarələri üçün mühərriklərin, ehtiyat mühərriklərin və mühərriklərin texniki xidməti üzrə xidmətlərin alınmasına dair razılıq əldə olunub”, - məlumatda bildirilir.
Müqavilənin məbləği açıqlanmayıb.
