Bakı. Trend:
2025-ci ilin ilk üç rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda neft hasilatı orta hesabla gündəlik 327 000 barrel təşkil edib.
Trend bp-ə istinadən xəbər verir ki, müqayisə üçün 2024-cü ilin eyni dövründə orta hasilat göstəricisi gündəlik 339 000 barrel idi. Bu isə hasilat həcmində illik ifadədə 3,5 faiz azalmanın olduğunu bildirir.
“2025-ci ilin ilk üç rübündə AÇG üzrə ümumi hasilat gündəlik orta hesabla təxminən 327 min barel (ümumilikdə təqribən 89 milyon barel və ya 12 milyon ton) təşkil edib. Bunun 21 mini Çıraq, 88 mini Mərkəzi Azəri, 75 mini Qərbi Azəri, 43 mini Şərqi Azəri, 52 mini Dərin Sulu Günəşli, 24 mini Qərbi Çıraq və 24 mini ACE (Azeri Central East – Mərkəzi Şərqi Azəri) platformalarına aid olub”, – deyə bp şirkətindən bildirilib.
Bundan əlavə, şirkətin məlumatına əsasən, 2025-ci ilin sentyabr ayının sonuna olan vəziyyətə görə AÇG yataqlarında 145 quyuda hasilat aparılıb, 48 quyu suyun vurulması, 10 quyu isə qazın vurulması üçün istifadə olunub.
2025-ci ilin ilk doqquz ayı ərzində AÇG-də altı hasilat quyusu, dörd suvurucu və bir qazvurucu neft quyusu qazılaraq istismara verilib.
