Bakı.Trend:
Dövlət orqanları, QHT-lər, akademiya və cəmiyyət arasında əlaqələr daha da genişləndirilməlidir. Gənc nəsil tərəfindən ana dilinin inkişafı ilə bağlı təşəbbüslər irəli sürülməlidir.
Trend xəbər verir ki, bunu bu gün “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Qərbi Azərbaycana Qayıdış" mövzusunda ictimai müzakirədə deyib.
O qeyd edib ki, Azərbaycan dilinin elektron lüğətinin texnoloji bazası ilə layihə hazırlana bilər:
“Sosial mediada dil normativlərin qorunması üçün bələdçi sistemi yaradıla bilər. Debat qrupları və müxtəlif müsabiqələr keçirilməlidir. Regional və beynəlxalq təşəbbüslər həyata keçirilməlidir".
