...

Sabah hava yağmursuz olacaq

Cəmiyyət Materials 6 Noyabr 2025 12:54 (UTC +04:00)
Sabah hava yağmursuz olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcəyədək olacaq.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti