Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "AFB Bank" ASC-ni və onun vəzifəli şəxsini cərimə edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən "AFB Bank” ASC 50 000 (əlli min) manat məbləğində, "AFB Bank” ASC-nin vəzifəli şəxsi isə 10 000 (on min) manat məbləğində cərimə edilib", - məlumatda vurğulanıb.
