...

Ambulator müalicə alan xəstələrin dərman təminatının İTS ilə qarşılanmağı təklif edilir

Cəmiyyət Materials 6 Noyabr 2025 12:40 (UTC +04:00)
Ambulator müalicə alan xəstələrin dərman təminatının İTS ilə qarşılanmağı təklif edilir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Həllini gözləyən məsələlərdən biri ambulator müalicə alan xəstələrin dərman vəsaiti ilə təminatının İcbari Tibbi Sığorta ilə qarşılanmasıdır.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bununla bağlı “Tibbi sığorta haqqında” Qanunda dəyişikliklər də edilib.

“Təəssüf ki, bu məsələ hələ bugünədək öz həllini tapmayıb. Mən istərdim ki, 2026-cı ildə bu məsələ öz həllini tapsın. Çünki ambulator müalicə alan xəstələr bunu böyük səbirsizliklə gözləyirlər”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti