...

Azərbaycan millisinin heyətində dəyişiklik olub

İdman Materials 6 Noyabr 2025 13:57 (UTC +04:00)
Azərbaycan millisinin heyətində dəyişiklik olub

Bakı. Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

AFFA-dan Trend-ə verilən məlumata görə, Türkiyənin “Ankaragücü” klubunun yarımmüdafiəçisi Həsən Nəzərlinin əvəzinə “Qarabağ”ın oyunçusu Mehdi Mütəllimli U-19-a dəvət alıb.

Qeyd edək ki, komanda U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Çexiya, 15-də Şimali İrlandiya, 18-də isə Malta yığması ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti