...

bp "Şahdəniz 2" çərçivəsində həyata keçirilən qazma işləri barədə hesabatı açıqlayıb

Energetika Materials 6 Noyabr 2025 14:45 (UTC +04:00)
bp "Şahdəniz 2" çərçivəsində həyata keçirilən qazma işləri barədə hesabatı açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “Şahdəniz” qaz yatağının işlənməsinin ikinci mərhələsi (“Şahdəniz 2”) çərçivəsində ümumilikdə 23 quyu qazılıb.

Trend xəbər verir ki, bu barədə bp-nin 2025-ci ilin ilk üç rübünü əhatə edən son hesabatında qeyd olunur.

Şirkətdən bildirilir ki, üçüncü rüb ərzində” Şahdəniz Alfa” platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.

“Şahdəniz-2” layihəsi “İstiqlal” və “Heydər Əliyev” qurğularından istifadə edilməklə həyata keçirilən qazma proqramı çərçivəsində irəliləyib. Üçüncü rüb ərzində “İstiqlal” qurğusu cənub-qərb cinahında yerləşən SDF04 quyusunun yenidən mənimsənilməsini başa çatdırıb. “Heydər Əliyev” qurğusu isə şimal-şərq cinahında SDH04 quyusunun qazılmasını tamamlayıb və eyni cinahda SDH05 quyusunun qazılmasına başlayıb”, – bp şirkətindən qeyd edilib.

Ümumilikdə “Şahdəniz-2” layihəsi çərçivəsində 23 quyu qazılıb, o cümlədən:

şimal cinahında beş quyu,

qərb cinahında beş quyu,

cənub-şərq cinahında dörd quyu,

cənub-qərb cinahında beş quyu,

şimal-şərq cinahında dörd quyu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti