...

Rəşidə Dati onu Azərbaycanla əlaqələrinə görə tənqid edən erməniyönümlü vəkildən şikayət edib

Dünya xəbərləri Materials 6 Noyabr 2025 14:20 (UTC +04:00)
Rəşidə Dati onu Azərbaycanla əlaqələrinə görə tənqid edən erməniyönümlü vəkildən şikayət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın Mədəniyyət naziri və Paris meri postuna namizəd olan Rəşidə Dati onu Azərbaycanla əlaqələrinə görə tənqid edən vəkil Fransua Devecyandan şikayət edib.

Trend-in məlumatına görə, şikayət barədə Devecyan “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Rəşidə Dati az öncə Paris Vəkillər Kollegiyasına mənə qarşı “vəkil peşəsinin əsas prinsiplərinin ciddi və təkrar pozulması” ilə bağlı şikayət ərizəsi təqdim edib”,- məlumatda qeyd olunur.

Məlumatlara əsasən, şikayətin səbəbi Devacyanın Datinin Azərbaycanla əlaqələri barədə mütəmadi tənqidi fikirləri, həmçinin onun barəsində korrupsiya və “nüfuz alveri” ilə bağlı işin məhkəməyə göndərilməsini ictimaiyyətə xatırlatması olub.

Belə ki, ermənipərəst mövqeyi ilə tanınan Fransua Devecyan sosial şəbəkələrdə Fransa hökumətinin üzvü Rəşidə Datinin Azərbaycanla münasibətlərini mütəmadi şəkildə tənqid edir. Onun fikrincə, nazirin şikayəti “Renault-Nissan” işi çərçivəsində Datinin işinin məhkəməyə göndərilməsi ilə bağlı onun “daimi xatırlatmalarına” reaksiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti