...

"Şahdəniz" yatağında kommersiya hasilatına başlanılmasından sonra nə qədər qaz və kondensat hasil olunduğu açıqlandı

Energetika Materials 6 Noyabr 2025 15:19 (UTC +04:00)
"Şahdəniz" yatağında kommersiya hasilatına başlanılmasından sonra nə qədər qaz və kondensat hasil olunduğu açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2006-cı ildə kommersiya hasilatına başlanıldığı vaxtdan 2025-ci ilin üçüncü rübünün sonunadək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ümumilikdə 257 milyard kubmetr qaz hasil edilib.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Bu dövr ərzində kondensat hasilatının həcmi 52 milyon ton təşkil edib.

bp-nin məlumatına əsasən, cari ilin ilk doqquz ayı ərzində “Şahdəniz” yatağında ümumilikdə “Shah Deniz Alpha” və “Shah Deniz Bravo” platformalarından təqribən 21 milyard standart kubmetr qaz və 3 milyon ton (təxminən 24 milyon barel) kondensat hasil olunub.

Hazırda “Şahdəniz” yatağındakı mövcud qurğuların hasilat gücü hazırda gündəlik təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.

Şahdənizdə iştirak payları aşağıdakı göstərilib:

bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti