Bakı. Trend:
Cari ilin ilk doqquz ayı ərzində Azərbaycanın “Şahdəniz” yatağından - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə - təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə yataqda 20 milyard kubmetr qaz və 3 milyon tondan çox kondensat hasil olunmuşdu.
Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.
Şahdənizdə iştirak payları aşağıda göstərilib:
bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
