...

bp "Azəri-Çıraq-Günəşli" blokunda ümumi hasilat həcmini açıqladı

Energetika Materials 6 Noyabr 2025 15:24 (UTC +04:00)
bp "Azəri-Çıraq-Günəşli" blokunda ümumi hasilat həcmini açıqladı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın şelf zonasında yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqları blokunda 1997-ci ilin noyabrında kommersiya hasilatına başlanıldığı andan etibarən 2025-ci ilin üçüncü rübünün sonunadək ümumilikdə 4,5 milyard barel neft hasil edilib.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Həmin müddət ərzində AÇG-dən dövlətə ümumilikdə 60 milyard kubmbetr səmt qazı verilib.

Eyni zamanda, 2025-ci ilin ilk üç rübündə yataqda orta gündəlik hasilat təxminən 327 min barel neft təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövründəki 339 min barel göstəricisi ilə müqayisədə azalma anlamına gəlir.

Qeyd edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları aşağıdakı kimidir:

bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti