Bakı. Trend:
2025-ci ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən 756 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə “Şahdəniz” üzrə əməliyyat və əsaslı xərclər müvafiq olaraq 1,780 milyard dollar və 582 milyon dollar təşkil edib ki, bu isə 3,1 faiz artım (illik ifadədə 29,9 faiz) anlamına gəlir.
Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
Şahdənizdə iştirak payları aşağdakı kimidir:
bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
