Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ADY bu ilin 10 ayı ərzində 317 blok-qatar, o cümlədən 119 tranzit qatar qəbul edib.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% artım deməkdir.
Qeyd olunan dövrdə ümumilikdə 112 608 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin analoji dövrünün göstəricisindən (95 483 TEU) təxminən 18 faiz çoxdur.
