...

Ukraynanın bir hissəsi işıqsız qalıb

Dünya xəbərləri Materials 6 Noyabr 2025 16:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın Pavloqrad şəhəri və Dneprepetrovsk vilayətinin bir sıra yaşayış məntəqələri tamamilə işıqsız qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenko öz “Telegram” kanalında yazıb.

Elektrik enerjisi təchizatının dayandırılması Ukrayna KİV-də Pavloqrad şəhərində partlayışla bağlı xəbərlərin yayılması fonunda baş verib.

“Şəhər və Sinelnikov icmasının bəzi yaşayış məntəqələri işıqsız qalıb”, - deyə Qayvanenko yazıb.

Yerli media davam edən döyüşlər fonunda Dnepropetrovsk vilayətində infrastruktura ziyan dəydiyini qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti