...

Telekommunikasiya şəbəkəsində nömrə resurslarının istifadəsi tarifləri məlum olub

Gündəm Materials 6 Noyabr 2025 17:45 (UTC +04:00)
Telekommunikasiya şəbəkəsində nömrə resurslarının istifadəsi tarifləri məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı əqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər aşağıdakı kimi olacaq:

Nömrə resurslarının adı

Tarif

(manat)

(ƏDV daxil olmaqla)

Birdəfəlik

İllik

I

II

III

IV

1

Sabit telefon telekommunikasiya şəbəkəsi üçün nömrə resursunun ayrılması (1 nömrə üçün)

1.1.

Bakı şəhərində

0,80

0,10

1.2.

digər inzibati ərazi vahidlərində

0,20

0,02

2.

Sabit telefon telekommunikasiya şəbəkəsi üçün 2 və ya 3 rəqəmli coğrafi zona kodunun ayrılması

20 000,00

1 000,00

3.

Sellülar (mobil) telefon telekommunikasiya şəbəkəsi üçün 2 və ya 3 rəqəmli coğrafi kodun ayrılması

240 000,00

20 000,00

4.

Sellülar (mobil) telefon telekommunikasiya şəbəkəsi üçün qeyri-coğrafi nömrə resursunun ayrılması (2 rəqəmli koddan sonra gələn 1 milyonluq nömrə resursunun hər bir nömrəsi üçün)

-

0,008

5.

Sabit telefon telekommunikasiya şəbəkəsi və sellülar (mobil) telefon telekommunikasiya şəbəkəsi üçün 3 (üç), 4 (dörd) və 5 (beş) rəqəmli qeyri-coğrafi nömrə resursunun ayrılması

2 800,00

840,00

6.

Beynəlxalq nöqtə (point) kodunun ayrılması

2 940,00

245

7.

Milli nöqtə (point) kodunun ayrılması

980,00

300,00

8.

Sellülar (mobil) telefon telekommunikasiya şəbəkə kodunun ayrılması (MNC)

1 960,00

240,00

9.

Data şəbəkə identifikasiya kodunun ayrılması (DNIC)

1 560,00

200,00

Məlumat üçün bildirək ki, qərar oktyabrın 27-də qəbul edilib, noyabrın 4-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 5-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti