Bakı.Trend:
Şəmkirdə 4500 abonentin qaz təchizatında fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə "Azəriqaz"İB məlumat yayıb.
Bildirilib ki, Şəmkir XS-i ərazisində Şəmkir QPS-dan "Süd Kombinatı" orta təzyiqli, daşıyıcı qaz xəttindən qidalanan Şəmkir şəhəri E.Allahverdiyev 22 ünvanında yerləşən Qarayev Cahan Rəhman oğluna məxsus obyektin qarşısından keçən d159 mm-lik qaz xəttinin abonentin öz hesabına Podaratçı təşkilat tərəfindən yeri dəyişdiriləcək.
Bu məqsədlə 07.11.2025-ci tarixdən saat 10:00-dan işlər başa çatanadək (Şəmkir şəhərinin bir hissəsi 4500 abonent) qaz təchizatının d150 mm-lik siyirtmədən daxildən dayandırılacaqdır.
