...

İndoneziyada vulkan püskürüb

Dünya xəbərləri Materials 6 Noyabr 2025 17:09 (UTC +04:00)
İndoneziyada vulkan püskürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli müşahidə məntəqəsi məlumat yayıb.

Məntəqə əməkdaşlarının bildirdiyinə görə, vulkan püskürməsindən sonra kül kütləsi təxminən 1000 metr yüksəkliyə ( dəniz səviyyəsindən 4 676 metrə qədər) qalxıb. Qeyd olunur ki, kül şimal və şimal-şərq istiqamətlərində yayılır.

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və vulkanın kraterinə 3 kilometr məsafədən yaxınlaşmamağı tövsiyə edib. Bildirilib ki, vulkan ətrafa qızmar daş parçaları yaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti