Bakı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko həmvətənlərinə səslənərək onları populyar brendlər arxasınca qaçmaq əvəzinə Belarus ticarət nişanı daşıyan geyimlər almağa çağırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Hər kəs “Gucci” və “Versace” geyinmək istəyir. Mən bəzən təəccüblənirəm, nə üçün belə cəfəng şeylərə bu qədər pul xərcləyirsiniz. Öz məhsullarınızı alın, normal şəkildə geyinin. Necə tikmək lazımdırsa, təklif edin və s.”, - deyə Lukaşenko bildirib.
