Bakı. Trend:
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 9-10 noyabr tarixlərində Kolumbiyada keçiriləcək Avropa İttifaqı (Aİ) və Latın Amerikası və Karib hövzəsi ölkələri birliyinin (CELAC) sammitində iştirakdan imtina edib.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“CELAC sammitində az sayda dövlət və hökumət başçılarının iştirak edəcəyini nəzərə alaraq, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sammitdə iştirakdan imtina edib və bunu Aİ-nin Xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasa həvalə edib”, – deyə Avropa Komissiyasının nümayəndəsi Olof Cill brifinqdə bildirib.
