...

Azərbaycan veteran cüdoçuları dünya çempionatını 6 medalla başa vurub

İdman Materials 6 Noyabr 2025 23:44 (UTC +04:00)
Azərbaycan veteran cüdoçuları dünya çempionatını 6 medalla başa vurub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan millisinin çıxışı başa çatıb.

Trend xəbər verir ki, yarışın dördüncü günündə bir idmançımız medal qazanıb. M8 yaş kateqoriyasında çıxış edən Fərhad Rəcəbli (-90 kq) gümüş medala layiq görülüb.

Bununla yanaşı, daha əvvəl Mövlud Mirəliyev (M5, -100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, -66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, -100 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan yığması mundialı 1 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 6 medalla başa vurub.

Xəbər lenti

Xəbər lenti