...

Kubada Zəfər Günü münasibətilə konsert proqramı keçirilib (FOTO)

Mədəniyyət Materials 6 Noyabr 2025 20:10 (UTC +04:00)
Kubada Zəfər Günü münasibətilə konsert proqramı keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 5-də Azərbaycan Respublikasının Kubadakı səfirliyinin təşkilatçılığı ilə Havana şəhərində 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfər Gününün qeyd edilməsi münasibətilə Azərbaycan milli musiqi nümunələrindən ibarət konsert proqramı keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə Kuba XİN-in, diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak edib.

Tədbirdə çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev bu il ölkəmizdə Azərbaycan Konstitusiyanın qəbulunun 30 illiyinin, eləcə də Vətən Müharibəsindəki tarixi Qələbənin 5-ci ildönümün qeyd edildiyini və bu əlamətdar günlərlə əlaqədar olaraq 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu bildirib.

Səfir Azərbaycan tarixinin şanlı səhifələrinə həkk edilmiş və əzəli Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyan 8 Noyabr - Zəfər Günü barədə məlumat verərək, birlik, cəsarət və qəhrəmanlığı təcəssüm etdirən bu tarixi zəfərin müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyib.

R.Rzayev Azərbaycanın bölgədə sülh gündəliyini təşviq etdiyini, bu ilin avqust ayında Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin Cənubi Qafqaz regionunda davamlı sülhün və əməkdaşlıq ruhunun bərqərar olmasına mühüm zəmin yaratdığını qeyd edib.

Sonra müasir və xalq üslubunu özünəməxsus şəkildə birləşdirən tar ifaçısı İbrahim Babayev və onun qrupunun, Pərviz Məmmədov (piano) və Vəfadar Ramiz (ritm alətləri) ifasında Azərbaycan milli musiqiləri, o cümlədən Kuba musiqi nümunəsi səslənib.

Tamaşaçıların və yerli ictimaiyyətin böyük marağına səbəb olan musiqiçilərin çıxışları sürəkli alqışlarla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti