Bakı. Trend:
Almaniyada məhkəmə tanınmış rep ifaçısı, əslən çexiyalı Katya Krasavitseyə spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etdiyi üçün yüksək məbləğdə cərimə tətbiq edib.
Trend xəbər verir ki, hadisə Leypsiq şəhərində baş verib. İfaçı bayram gecəsi saat 03:20 radələrində “BMW 740d” markalı avtomobili yüksək sürətlə idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Aparılan yoxlama nəticəsində onun qanında 1,28 promil spirt miqdarı aşkar olunub.
Məhkəmə qərarına əsasən, cərimənin məbləği müəyyən edilərkən Katya Krasavitseyin onlayn gəlirləri də nəzərə alınıb. Cəzanın ümumi məbləği 100 min avronu ötüb və vəsait Saksoniya əyalətinin büdcəsinə yönəldiləcək.
Reper əlavə olaraq 10 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
