Bakı. Trend:
Horadiz–Ağbənd dəmir yolunun region üçün əhəmiyyəti çox böyükdür və bu layihə Cənubi Qafqaz regionunda iqtisadi, sosial və siyasi baxımdan yeni imkanlar yaradacaq. Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizinin Azərbaycan ərazisində yerləşən hissəsini təşkil edir. Dəmir yolu Azərbaycan, Naxçıvan, Türkiyə və digər region ölkələri arasında ticarət və nəqliyyat əlaqələrini möhkəmləndirəcək.
Regionda malların və xidmətlərin dövriyyəsini sürətləndirir, ticarət marşrutlarını qısaldacaq və xərcləri azaldacaq. Bu dəmiryolu Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) bir hissəsinə çevriləcək. Çin–Avropa yük daşımalarını daha sürətli və təhlükəsiz istiqamətə yönəldə biləcək. Azərbaycan üçün nəqliyyat mərkəzi rolunu daha da gücləndirəcək.
Yeni investisiya layihələrinin həyata keçirilməsinə və sənaye zonalarının formalaşmasına şərait yaradacaq. Regionda sülh və əməkdaşlıq mühitinin möhkəmlənməsinə töhfə verəcək. Xatırladaq ki, layihənin təməli 2021-ci ildə qoyulub və dəmir yolunun uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir Hazırda Horadiz–Ağbənd dəmir yolu xətti üzrə görülən işlərin 68 %-i tamamlanıb.
Horadiz–Zəngilan–Ağbənd avtomobil yolu da dəmir yolu kimi Cənubi Qafqaz regionu üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir infrastruktur layihəsidir. Bu yol həm Azərbaycanın azad edilmiş ərazilərinin bərpası, həm də beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsi baxımından böyük rol oynayır. Bu yol Zəngəzur dəhlizinin avtomobil nəqliyyatı üçün nəzərdə tutulan hissəsidir. Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək, beləliklə ölkə daxilində vahid nəqliyyat sistemi formalaşacaq. Yeni logistika, xidmət və sənaye zonalarının yaranmasına şərait yaradacaq (xüsusilə Araz Vadisi İqtisadi Zonası). Yol Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarına qoşularaq, Azərbaycanı beynəlxalq logistika mərkəzinə çevirəcək. Azərbaycanı regional nəqliyyat qovşağı kimi möhkəmləndirəcək. Avtomobil yolu ən yüksək texniki kateqoriyada (I texniki dərəcə) inşa olunur. Layihə yaşıl enerji zonası konsepsiyasına uyğun aparılır. Yol boyunca körpülər, tunellər və körpüaltı keçidlər inşa olunur ki, bu da təhlükəsiz və davamlı nəqliyyatı təmin edəcək. Horadiz–Zəngilan–Ağbənd avtomobil yolu regionu beynəlxalq nəqliyyat dəhlizlərinə bağlayacaq, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq və sabitliyə töhfə verəcək.
Yəni bu yol təkcə bir infrastruktur layihəsi deyil regionun gələcək iqtisadi xəritəsini formalaşdıran strateji arteriyadır. Hazırda Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi 95 % icra olunub
