...

Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb

Dünya xəbərləri Materials 6 Noyabr 2025 22:06 (UTC +04:00)
Tramp Çin mallarına qarşı artırılmış rüsumların tətbiqini bir il təxirə salıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton ABŞ Prezidenti Donald Trampın Çin Sədri Şi Cinpinlə danışıqlarının nəticələrinə əsasən, Çin mallarına qarşı artırılmış cavab rüsumlarının tətbiqini bir il müddətinə – 10 noyabr 2026-cı il tarixinədək təxirə salıb.

Trend xəbər verir ki, bu barədə məlumat Trampın Federal Reyestrdə dərc olunmuş bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, ABŞ və Çin rəhbərləri iqtisadi və ticarət əlaqələri sahəsində tarixi razılaşma əldə ediblər. Razılaşmaya əsasən, Çin nadir torpaq elementləri və digər strateji əhəmiyyətli faydalı qazıntıların ixracına qoyulmuş məhdudiyyətləri dayandırmağa, eləcə də ABŞ-nin yarımkeçirici istehsalçıları və bu sahədə fəaliyyət göstərən böyük şirkətlərə qarşı mövcud problemləri aradan qaldırmağa razılaşıb.

Sənəddə həmçinin bildirilir ki, Çin 31 dekabr 2026-cı il tarixinə qədər ABŞ kənd təsərrüfatı məhsullarına qarşı rüsumların tətbiqini dayandıracaq və ABŞ-dən idxal olunan mallara dair rüsumların qüvvəyə minməsini 10 noyabr 2026-cı ilədək təxirə salacaq.

Xəbər lenti

Xəbər lenti