Bakı. Trend:
FIFA 2025-ci ilin yekunlarına əsasən ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısını təqdim edib.
Trend xəbər verir ki, siyahı qurumun mətbuat xidməti tərəfindən açıqlanıb. Namizədlər arasında 11 futbolçunun adı yer alıb: Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendes və Vitinya (hamısı PSJ, Fransa), Harri Keyn ("Bavariya", Almaniya), Kilian Mbappe ("Real", İspaniya), Koul Palmer ("Çelsi", İngiltərə), Pedri, Rafinya və Lamin Yamal (hamısı "Barselona", İspaniya), eləcə də Məhəmməd Salah ("Liverpul", İngiltərə).
Qeyd edək ki, ötən il bu mükafata "Real" klubunun braziliyalı hücumçusu Vinisius layiq görülmüşdü.
