...

ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə bilər - Stiv Uitkoff

Dünya xəbərləri Materials 6 Noyabr 2025 23:17 (UTC +04:00)
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə verə bilər - Stiv Uitkoff

Bakı. Trend:

ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllinə mühüm töhfə verə bilər.

Trend xəbər verir ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff bəyan edib.

O, bu məsələnin həllinə ümid etdiyini bildirərək, Rusiya-Ukrayna münaqişəsini dünyanın ən vacib həll olunmalı konfliktlərindən biri kimi qiymətləndirib.

Mayamidə keçirilən Amerika Biznes Forumunda çıxış edən Uitkoff qeyd edib: "Biz bu məsələni həll edəcəyik və hesab edirəm ki, növbəti mərhələdə həll olunmalı ən önəmli məsələ də məhz budur. Ukraynanın təhlükəsizlik protokolları ilə bağlı görüləcək çox iş var. Rəhbərlik prosesə daxil olmamışdan öncə texniki qruplar yerli səviyyədə geniş müzakirələr aparmalıdır", – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti