...

Zərdabda sağlam söyüd ağaclarını kəsən şəxs saxlanılıb

Cəmiyyət Materials 6 Noyabr 2025 19:59 (UTC +04:00)
Zərdabda sağlam söyüd ağaclarını kəsən şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Gödəkqobu kəndi ərazisində qanunsuz olaraq ağac kəsən S.Əzizov saxlanılıb.

Trend xəbər verir ki, araşdırmalarla adıçəkilən şəxsin kəndin çöl sahəsində sağlam söyüd ağaclarını kəsərək təbiətə maddi ziyan vurduğu müəyyən edilib.

S.Əzizov barəsində qanunvericilə uyğun olaraq tədbir görülün və o, inzibati qaydada məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti