Bakı. Trend:
Milli Basketbol Assosiasiyasının (NBA) xal rekordçusu Lebron Ceymsə kontakt məşqlərinə başlamağa icazə verilib.
Trend xəbər verir ki, bu barədə “ESPN” məlumat yayıb.
Məlumata görə, basketbolçu bir-iki həftə ərzində təkrar tibbi müayinədən keçəcək. Bundan sonra onun oyunlara qayıtması məsələsinə baxılacaq.
Əvvəllər jurnalist Şams Çaraniya Ceymsin sağrı əzələsində sinir qıcıqlanmasından əziyyət çəkdiyini və bu səbəbdən mövsümün əvvəlində meydana çıxa bilmədiyini bildirmişdi.
40 yaşlı hücumçu dördqat NBA çempionudur, həm “Adi Mövsümün”, həm də “Finalın Ən Maraqlı Oyunçusu” adlarını qazanıb. Bu mövsüm onun NBA karyerasında 23-cü mövsümüdür və o, liqa tarixində ən çox xal toplayan oyunçu rekordunu əlində saxlayır.
Hazırda “Los Anceles Leykers” Qərb Konfransında 7-2 nəticə ilə ikinci pillədə qərarlaşıb.
