...

ABŞ nüvə silahı arsenalında birincidir, lakin məqsədimiz nüvəsiz sülhdür - Tramp

Dünya xəbərləri Materials 7 Noyabr 2025 07:26 (UTC +04:00)
ABŞ nüvə silahı arsenalında birincidir, lakin məqsədimiz nüvəsiz sülhdür - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Ağ evdə Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirilən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb.

Trend xəbər verir ki, dövlət başçısı çıxışı zamanı ABŞ-nin nüvə potensialından və qlobal nüvəsizləşmə məsələsindən danışıb.

“Bizim kifayət qədər nüvə silahımız var. Biz birinci, Rusiya ikinci, Çin isə üçüncüdür. Dünyanı 150 dəfə partlada bilərik, lakin buna ehtiyac yoxdur”, – deyə Tramp bildirib.

O, nüvəsizləşmənin vacibliyini vurğulayaraq qeyd edib ki, artıq bu mövzuda Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə danışıqlar aparıb. “Hər kəs bu qədər pulu silahlanmaya yox, insanlara fayda verəcək sahələrə yönəltmək istəyir. Mən sülh istəyirəm və bütün dünyada sülhün bərqərar olmasını arzulayıram”, – ABŞ Prezidenti əlavə edib.

Xəbər lenti

Xəbər lenti