Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkəti arasında əməkdaşlığa dair çərçivə sazişi imzalanıb.
Trend SOCAR-a istinadən xəbər verir bu, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Çin Xalq Respublikasının “Sinopec Engineering” şirkətinin prezidenti Zhang Xinming ilə görüşü zamanı baş tutub.
Görüşdə Azərbaycan ilə Çin arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi bildirilib. Bu xüsusda, SOCAR ilə Çin şirkətləri arasında mövcud əməkdaşlıq məmnunluqla qeyd olunub.
Söhbət zamanı neft və qazın emalı sahəsində, neft-kimya, rəqəmsallaşma, enerji keçidi, müasir emal texnologiyalarının tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
