...

ING 2028-ci ilə qədər Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını verib

İqtisadiyyat Materials 7 Noyabr 2025 09:53 (UTC +04:00)
ING 2028-ci ilə qədər Azərbaycanın ÜDM artımı ilə bağlı proqnozlarını verib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın “ING” bank qrupu Azərbaycanda yaxın illər üçün ümumdaxili məhsul artımı ilə bağlı proqnozlarını dərc edib.

Bu barədə Trend ING hesabatına əsasən məlumat verir.

Sənədə əsasən, 2025-ci ildə ölkədə iqtisadi artım 1,6 faiz təşkil edəcək, 2026-cı ildə bu göstərici 2,8 faizə çatacaq, 2027-ci ildə isə tempin 2 faizə qədər zəifləyəcəyi gözlənilir.

ING-in təxminlərinə görə, 2025-ci ilin üçüncü rübündə Azərbaycanın ÜDM artım tempi dəyişməz qalacaq, dördüncü rübdə isə 3 faizə qədər sürətlənəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95,2 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 faiz artım qeydə alınıb.

ÜDM istehsalının strukturunda sənaye 34,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri 10,5 faiz, nəqliyyat və anbar təsərrüfatı 7,0 faiz, kənd, meşə təsərrüfatı və balıqçılıq 6,8 faiz, tikinti 6,6 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz, informasiya və rabitə 1,8 faiz, digər fəaliyyət növləri isə 20,7 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti