...

ABŞ ordusu Karib dənizində daha bir “narko-terrorçu” qayığını məhv edib

Dünya xəbərləri Materials 7 Noyabr 2025 08:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pentaqon rəhbəri Pit Heqset bildirib ki, ABŞ qüvvələri beynəlxalq Karib sularında narkotik daşımaq üçün istifadə edildiyi iddia olunan daha bir qayığı məhv edib.

Trend xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

Heqset qeyd edib ki, “narko-terrorçu” gəmilərinə qarşı əməliyyatlar amerikalıları zəhərləmə cəhdləri dayanana qədər davam edəcək.

Onun sözlərinə görə, sözügedən qayığın göyərtəsində ABŞ hakimiyyəti tərəfindən terrorçu hesab edilən bir təşkilatın üzvləri olub. Qayıqda olan üç nəfər ABŞ ordusunun həyata keçirdiyi zərbə nəticəsində məhv edilib.

Pentaqon rəhbəri xəbərdarlıq edərək bildirib: “Ölkəmizi təhdid edən bütün narko-terrorçulara səslənirəm – sağ qalmaq istəyirsinizsə, narkotik ticarətini dayandırın. Əks halda, sizi məhv edəcəyik.”

Xəbər lenti

Xəbər lenti