...

Azərbaycanda enerji ehtiyatlarının hasilat və ixracat infrastrukturunun inkişafı makroiqtisadi dayanıqlılıq formalaşdırır - BCG

Energetika Materials 7 Noyabr 2025 10:34 (UTC +04:00)
Azərbaycanda enerji ehtiyatlarının hasilat və ixracat infrastrukturunun inkişafı makroiqtisadi dayanıqlılıq formalaşdırır - BCG
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda enerji ehtiyatlarının hasilat və ixracat infrastrukturunun inkişafı makroiqtisadi dayanıqlılıq formalaşdırır.

Trend xəbər verir ki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında deyilir

“Azərbaycan iqtisadiyyatının möhkəm enerji təməli var . Neft-qaz sektoru 2024-cü ilə olan vəziyyətə görə ÜDM-in təxminən 30 faizini təmin edib və son on ildə sənayeyə yönələn xarici investisiyaların 80 faizindən çoxunu cəlb edib. Bu sahə həm büdcə sabitliyinin təminatçısı, həm də iqtisadi artımın əsas mənbəyi olaraq qalır. İnkişaf etmiş hasilat və ixrac infrastrukturu, eləcə də suveren fondun toplanmış ehtiyatları makroiqtisadi sabitliyi və ənənəvi sahələrin modernləşdirilməsi, yeni sektorların inkişafı üçün imkan yaradır”, – materialda qeyd olunur.

Qeyd edilir ki, ölkə yüksək səviyyədə xarici iqtisadi fəallıq nümayiş etdirir, lakin onun ixrac səbəti hələ də həddindən artıq cəmlənib: ixracın təxminən 90 faizi enerji resurslarının payına düşür, bu resursların təxminən yarısı isə İtaliyaya göndərilir.

“Azərbaycan həmçinin Cənubi Avropaya qazın mühüm alternativ tədarükçüsüdür. Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təminində rolu blok ölkələrini əməkdaşlığın daha da genişləndirilməsinə təşviq edir. Bununla belə, mühüm xarici iqtisadi tərəfdaşların sayının məhdudluğu müəyyən risklər yaradır. Bu risklərin idarə edilməsini həm ixracın coğrafiyasının genişləndirilməsi, həm də enerji resurslarının emalı istiqamətində inkişaf vasitəsilə nəzərdən keçirmək məqsədəuyğundur – bu, ixrac səbətinin şaxələndirilməsinə və iqtisadiyyatın yeni sektorlarının formalaşmasına şərait yaradacaq”, - deyə BCG analitikləri qeyd edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti