...

Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklərə malikdir - BCG

Telekommunikasiya Materials 7 Noyabr 2025 10:48 (UTC +04:00)
Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklərə malikdir - BCG
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklərə malikdir.

Trend xəbər verir ki, bu barədə “Boston Consulting Group”un (BCG) hesabatında bildirilir.

“Texnoloji suverenlik qarşıdakı onillikdə iqtisadi təsirin əsas amillərindən birinə çevriləcək. Lider mövqeləri yalnız enerji resurslarına deyil, həm də enerjini innovasiyaya çevirmək qabiliyyətinə malik insan kapitalına sahib ölkə və regionlar tutacaq.

Enerji bazası sayəsində Azərbaycan süni intellekt infrastrukturunun yerləşdirilməsi üçün unikal üstünlüklər əldə edir. Uğur qazanmaq üçün həmçinin təhsil və ixtisasartırma istiqamətində yeni yanaşmalar formalaşdırmaq, dövlət və biznes tərəfindən süni intellekt həllərinə tələbi təmin etmək, eləcə də yerli ekosistem ilə Qlobal Texnoloji Klasterlər- məsələn, “Silikon Vadisi” və ya İsrail - arasında tərəfdaşlıqlar qurmaq lazımdır ki, bu da bilik və texnologiyaların mübadiləsini təmin etsin”, - materialda qeyd olunur.

“BCG”nin idarəedici direktoru və partnyoru Anton Aristov bildirib ki, texnoloji layihələr təkcə yüksək səviyyəli yerli ekspertizaya deyil, həm də qlobal ekosistemlə tərəfdaşlıq sisteminin qurulmasına ehtiyac duyur.

“Artıq bu gün Silikon Vadisindəki investorların Azərbaycanda həyata keçirilən, real istehsala yaxın olan bir sıra layihələrə marağı göstərir ki, ölkə yerli həllərlə qlobal texnoloji kontekstin qovuşduğu bir mərkəzə çevrilə bilər”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti