...

Qarşıdakı 5–10 il Azərbaycana böyük investisiyalar cəlb etmək üçün unikal imkanlar açır - BCG

İqtisadiyyat Materials 7 Noyabr 2025 10:35 (UTC +04:00)
Qarşıdakı 5–10 il Azərbaycana böyük investisiyalar cəlb etmək üçün unikal imkanlar açır - BCG
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdakı 5–10 il Azərbaycan üçün böyük investisiyaların cəlbi və yeni iqtisadi artım baxımından unikal imkan pəncərəsi açır ki, bu da qlobal ticarət və investisiya şəraitində baş verən mühüm dəyişikliklər sayəsində mümkün olur.

Trend xəbər verir ki, bu barədə “Boston Consulting Group (BCG)” hesabatında qeyd olunur.

Hesabata əsasən, artıq 2025–2029-cu illərdə iqtisadi artım hədəflərinə nail olmaq üçün ölkəyə əlavə təxminən 60 milyard dollar tələb olunacaq.

“Regional ticarət-iqtisadi inteqrasiyanın dərinləşdirilməsi Xəzər–Mərkəzi Asiya regionu ölkələrinin (XMA – Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan) qlobal investisiyalar uğrunda rəqabətdə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək – bu isə həm birgə bazarın miqyasının genişlənməsi, həm də daha açıq və əlverişli biznes mühitinin formalaşması hesabına mümkün olacaq.

Yeni şəraitdə Azərbaycan üçün investisiya potensialının reallaşdırılması, eləcə də energetika, logistika və ticarət sahələrində üstünlüklərin səmərəli istifadəsi baxımından əlavə imkanlar açılır”, - BCG analitikləri qeyd edirlər.

“Azərbaycan qlobal investisiya və ticarət meyillərindəki dəyişikliklərdən istifadə edərək investisiyaların həcmi və xarakterində keyfiyyətli sıçrayış edə bilər. Bu gün ölkənin ənənəvi ixrac modellərindən kənara çıxaraq yeni sahələrdə – emal, logistika, texnologiyalar və yaşıl iqtisadiyyat kimi istiqamətlərdə strateji tərəfdaşlıqlar qurmaq imkanı var. Bunun üçün dövlət və biznesin əlaqələndirilmiş səyləri tələb olunur. Əsas vəzifə – xammal hasilatına yönəlmiş sövdələşmələrdən ölkə daxilində uzunmüddətli dəyər yaradan tərəfdaşlıqlara keçməkdir”, – idarəedici direktor və tərəfdaş, BCG-nin Bakıda ofisinin rəhbəri Stanislav Yankeleviç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti