Bakı. Trend:
Niderlandın ING bank qrupu qızıl, gümüş, alüminium və sink qiymətləri ilə bağlı yenilənmiş proqnozlarını dərc edib.
Bu barədə Trend bank qrupuna istinadla xəbər verir.
Analitiklərin təxminlərinə görə, 2025-ci ildə qızılın orta illik qiyməti bir unsiya üçün 3,4 min ABŞ dolları, gümüşün orta illik qiyməti bir unsiya üçün 39 dollar, alüminiumun bir ton üçün orta illik qiyməti 2,6 min dollar, sinkin isə bir ton üçün 2,8 min dollar təşkil edəcək.
Xüsusilə, cari ilin dördüncü rübündə qızılın qiymətinin bir unsiya üçün 4 min dollar, gümüşün 49 dollar, alüminiumun bir ton üçün 2,6 min dollar, sinkin isə - bir ton üçün 3 min dollar səviyyəsində olacağı proqnozlaşdırılır.
Proqnoza görə, 2026-cı ildə qızılın orta illik qiyməti bir unsiya üçün 4,2 min ABŞ dollarına, gümüşün bir unsiya üçün 49,75 dollara, alüminiumun - bir ton üçün 2,7 min dollara, sinkin isə bir ton üçün 2,9 min dollara çatacaq.
