...

Ombudsman hərbçilərə ödənilən pul kompensasiyası və müavinətlərlə bağlı təkliflər irəli sürüb

Cəmiyyət Materials 7 Noyabr 2025 12:00 (UTC +04:00)
Ombudsman hərbçilərə ödənilən pul kompensasiyası və müavinətlərlə bağlı təkliflər irəli sürüb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin “minimum istehlak səbətinin tərkibi”ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına ehtiyac var.

Trend xəbər verir ki, bunu bu gün İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına da ehtiyac var.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti