...

DOST Agentliyində yeni təyinatlar həyata keçirilib

Cəmiyyət Materials 7 Noyabr 2025 12:27 (UTC +04:00)
DOST Agentliyində yeni təyinatlar həyata keçirilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı.Trend:

DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib.

Bu barədə Trend-ə DOST agentliyindən məlumat verilib.

Bildirilib ki, Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb.

Digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti