...

Bayram günlərində hava necə olacaq?

Cəmiyyət Materials 7 Noyabr 2025 13:22 (UTC +04:00)
Bayram günlərində hava necə olacaq?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Noyabrın 8-9-10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə arabir zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 8-9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı və arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti