...

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbləri aylıq ifadədə artıb

İqtisadiyyat Materials 7 Noyabr 2025 13:59 (UTC +04:00)
Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbləri aylıq ifadədə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,757 milyard manat təşkil edib.

Bu barədə Trend AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 683,7 milyon manat və ya 8,5% artıb.

Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 859,6 milyon manat və ya 8,9% azalıb.

Qeyd edək ki, 2025-ci ilin sentyabrın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,073 milyard manat, 2024-cü ilin oktybarın 1-nə isə 9,616 milyard manat təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti