...

Ana dilimizə yad sözlər qatanda savadlı göründüyümüzü düşünürük - Səadət Məmmədova

Cəmiyyət Materials 7 Noyabr 2025 11:40 (UTC +04:00)
Ana dilimizə yad sözlər qatanda savadlı göründüyümüzü düşünürük - Səadət Məmmədova
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yad sözlər qatanda düşünürük ki, daha savadlı görünürük.

Trend xəbər verir ki, bunu bu gün “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransı çərçivəsində keçirilən “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzulu panel sessiyada Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova deyib.

O bildirib ki, nitq mədəniyyəti bizim orta təhsil bazamızda yoxdur.

"Biz indi internet dilində danışan bir nəsil ilə üz-üzəyik. Sosial media dili ilə efir dili arasında sərhədlər çox böyükdür",- deyə o əlavə edib.

Səadət Məmmədovanın sözlərinə görə, ilkin təhsil həm də danışmağı öyrətməlidir.

"Mən "həsəd" və "həsrət" sözünü bir-birindən fərqləndirə bilməyən gənclər görmüşəm və təəccüblənmişəm ki, o bunu necə bilməyə bilər. Azərbaycan yeganə ölkədir ki, biz ana dilimizin içərisinə yad sözlər qatanda düşünürük ki, daha savadlı görünürük".

"Efir dili həm də mədəniyyət formalaşdırır. Dil vətənin səsidir. Vətənin özünü ifadə formasıdır və o bizim səsimizdən çıxır", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti