...

Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistanda səfərdədir

Cəmiyyət Materials 7 Noyabr 2025 12:47 (UTC +04:00)
Azərbaycan HDQ-sinin nümayəndə heyəti Pakistanda səfərdədir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “PIMEC - 2025” 11-ci Beynəlxalq Dəniz Sərgisi və Konfransında iştirak etmək üçün Karaçi şəhərinə səfər edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Pakistan HDQ-sinin rəhbər şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlərdə iki qardaş ölkənin HDQ-ləri arasında əməkdaşlıq və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Beynəlxalq tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti gündəliyə daxil edilən yaşıl enerji, dəniz təhlükəsizliyi, ətraf mühitin qorunması, dəniz iqtisadiyyatı, dəniz ticarəti və daşınmaları, həmçinin dəniz turizmi mövzularında müxtəlif konfranslarda iştirak ediblər.

Qeyd edək ki, tədbir Pakistanın dəniz ticarəti, müdafiə və texnologiya sahəsindəki imkanlarını nümayiş etdirmək üçün dünya dəniz sənayesinin liderlərini və investorlarını bir araya gətirmək məqsədilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti