Bakı. Trend:
Beynəlxalq onlayn platforma - “Trading Economics” 2026-cı ilin dördüncü rübünədək Azərbaycanda inflyasiya səviyyəsinə dair proqnozunu yeniləyib.
Trend xəbər verir ki, analitiklərin təxminlərinə görə, hazırda Azərbaycanda faktiki inflyasiya səviyyəsi 4,5 faiz təşkil edir, 2025-ci ilin dördüncü rübündə isə illik inflyasiya səviyyəsinin 4,3 faiz olacağı gözlənilir.
2026-cı ilin birinci rübündə artımın 4,7 faiz, ikinci rübdə 4,3 faiz, üçüncü rübdə isə inflyasiyanın 4 faizə enəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, baza ssenarisinə görə ortaillik inflyasiya səviyyəsi 2025-ci ildə 5,4 faiz, 2026-cı ildə 4,8 faiz, 2027–2029-cu illərdə isə orta hesabla 4,3 faiz olacaq.
