...

Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyü real görür

Dünya xəbərləri Materials 7 Noyabr 2025 12:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna 2030-cu ilə qədər Avropa İttifaqına (Aİ) üzv olmağı real görür.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın avrointeqrasiya məsələləri üzrə baş nazir müavini Taras Kaçka danışıb.

Kaçkanın sözlərinə görə, Ukrayna Aİ-yə üzvlüklə bağlı danışıqların 2028-ci ildə başa çatdırılmasını və 2030-cu ilə qədər tamhüquqlu üzv statusu əldə etməyi "tamamilə real hədəflər" sayır.

Xatırladaq ki, bundan əvvəl Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas 2030-cu ilə qədər Albaniya, Moldova, Ukrayna və Monteneqro da daxil olmaqla bir sıra yeni ölkələrin Avropa İttifaqına üzv ola biləcəyini bəyan etmişdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti