...

Macarıstanın "MOL Group" şirkəti bu ilin 3-cü rübündə Azərbaycanda neft hasilatını artırıb

Energetika Materials 7 Noyabr 2025 14:41 (UTC +04:00)
Macarıstanın "MOL Group" şirkəti bu ilin 3-cü rübündə Azərbaycanda neft hasilatını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 2025-ci ilin üçüncü rübündə ümumi neft hasilatından Macarıstanın “MOL Group” şirkətinin payına düşən hasilat gündəlik 13 200 barel neft ekvivalentinə yüksəlib ki, bu da 2024-cü ilin eyni dövründəki 12 500 barel göstəricisi ilə müqayisədə 5,6 faiz çoxdur.

Bu barədə Trend şirkətin son məlumatlarına istinadən xəbər verir.

Bu göstəricinin gündəlik 12 800 barrel təşkil etdiyi 2025-ci ilin ikinci rübü ilə müqayisədə, hasilat 3,1 faiz artıb.

AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişinin (PSA) iştirakçıları adından layihənin operatoru olan bp şirkətinin məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində yataqlarda orta gündəlik hasilat təxminən 327 000 barel olub, halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 339 000 barel idi.

AÇG layihəsində pay bölgüsü aşağıdakı kimidir: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh (2,92%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti