...

"TAP İtalia" Aİ-nin ekoloji standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyib

Energetika Materials 7 Noyabr 2025 12:12 (UTC +04:00)
"TAP İtalia" Aİ-nin ekoloji standartlarına uyğun fəaliyyətini bir daha təsdiqləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“TAP Italia” şirkəti Avropa İttifaqının ekoloji idarəetmə üzrə ciddi standartlarına uyğunluğunu təsdiqləyərək Avropa ekoloji sertifikatının etibarlılıq müddətini müvəffəqiyyətlə uzadıb.

Bu barədə Trend TAP AG konsorsiumuna istinadən xəbər verir

Sertifikatın uzadılması, TAP Italia şirkətinin 2025–2027-ci illəri əhatə edən yenilənmiş ekoloji bəyannamə hesabatının İtaliyanın Ətraf Mühitin Mühafizəsi və Tədqiqatlar üzrə Ali İnstitutuna (ISPRA — Istituto Superiore per la Protezione e la Ricerca Ambientale) təqdim edilməsindən sonra həyata keçirilib. Yeni sənəd ekoloji səmərəliliyin əsas göstəricilərinin yenilənmiş məlumatlarını əhatə edir, şirkətin İtaliyadakı obyektlərində əldə olunan irəliləyişləri əks etdirir və növbəti üçillik dövr üçün məqsədləri müəyyənləşdirir.

“TAP Italia” öz ilk ekoloji sertifikatını 2024-cü il iyulun 12-də, 2022-ci ildən təqdim edilən müvafiq hesabatlar əsasında əldə edib. 2025-ci ildə şirkət sertifikatın müddətinin uzadılması prosedurundan uğurla keçib və onun etibarlılıq müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.

Qeyd edək ki, bu sertifikatlaşdırma sistemi Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən könüllü proqramdır və məqsədi təşkilatların ekoloji səmərəliliyini daim artırmaq, həmçinin maraqlı tərəfləri əldə olunmuş nəticələr barədə şəffaf şəkildə məlumatlandırmaqdır.

Sertifikatın uzadılması TAP şirkətinin ekoloji məsuliyyət prinsiplərinə sadiqliyini, normativ tələblərə riayət olunmasını və layihənin həyata keçirildiyi bütün ölkələrdə fəaliyyətin şəffaf monitorinqinə davamlı yanaşmasını əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti